• cümə, 29 Mart, 13:23
  • Baku Bakı 14°C

Ərdoğan ABŞ-ın Afrinlə bağlı bəyanatına sərt reaksiya verib

20.03.18 14:30 621
Ərdoğan ABŞ-ın Afrinlə bağlı bəyanatına sərt reaksiya verib
"Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik "
Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanABŞ Dövlət Departamenti və Pentaqon sözçülərininSuriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında çıxışında deyib ki, Türkiyə ilə strateji tərəfdaş olduğunu bəan edən ABŞ terrorçularla əməkdaşlıq edir.

R. T. Ərdoğan ABŞ-ın Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib: "Türkiyə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən, bu yerləri terror təşkilatlarından birgə təmizləməyi təklif edən zaman harada idiniz? Siz bizə PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyini söyləmişdiniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyəndə bizə inanmamışdınız. Buyurun, indi Türkiyə ordusunun müxalif AzadSuriyaOrdusu ilə birlikdə PYL/YPG-ni necə təmizlədiyinə baxın. ABŞ bir tərəfdən Türkiyə ilə strateji tərəfdaş olduğunu deyir, digər tərəfdən terrorçularla əməkdaşlıq edir. Əgər bizimlə strateji ortaqsınızsa, bizimlə bərabər hərəkət edəcəksiniz. Ancaq ABŞ bizi aldatmağa çalışdı. PYD/YPG terrorçularına 5 min yük maşını silah və texnika verdiniz. Biz pulumuzla sizdən silah almaq istəyən zaman bu silahları bizə satmadınız, ancaq terror təşkilatına həmin silahları pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır, biz qovuruq. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir, keçəcək"

Türkiyə prezidenti Afrin əməliyyatı başlayan zaman Qərb ölkələrinin əməliyyatın tez sona çatdırılması barədə çağırışlarını xatırladıb: "Biz Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik. Aslanlar meydana çıxanda çaqqallar qaçar. PYD/YPG terrorçularının bizimlə savaşmaq üçün hazırladıqları mövqelər, sığınacaqlar onlara məzar oldu. Mülki şəxslərin arxasında gizlənərək bu qədər dözə bildilər. Əməliyyat zamanı mülki şəxslərə ziyan dəyməsi barədə iddiaların da əsassız olduğun sübut etdik. Bundan sonra Afrin bölgəsini o yerlərin əsl sahibi olan qardaşlarımız üçün yaşanacaq hala gətirməyə çalışacağıq ".

R. T. Ərdoğan ötən müddət ərzində 3 min 647 PYD/YPG terrorçusunun zərərsizləşdirildiyini də açıqlayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif AzadSuriyaOrdusu ilə birlikdəSuriyanın Afrin bölgəsini PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri nəzarətə götürülüb. Martın 19-da Afrin bölgəsi tamamilə AYD/YPG terrorçularından təmizlənib.
banner

Oxşar Xəbərlər