• cümə, 19 Aprel, 01:05
  • Baku Bakı 18°C

Ərdoğan ABŞ-a səfər edəcək

12.11.19 09:45 725
Ərdoğan ABŞ-a səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə 12-13 noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.
Trend-in məlumatına görə, səfər zamanı Türkiyə və ABŞ liderləri ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə, regional və beynəlxalq gündəmdəki məsələlərə, xüsusilə də Suriyadakı vəziyyətə toxunacaqlar.
Bundan əlavə, tərəflər terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.
Səfər zamanı T.Ərdoğan işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edəcək. Tədbirin təşkilatçısı ABŞ Ticarət Palatasıdır.
banner

Oxşar Xəbərlər