• cümə axşamı, 28 mart, 16:12
  • Baku Bakı 16°C

Ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasının təqdimatı

13.04.21 15:45 546
Ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasının təqdimatı
"Silahlı Qüvvələrin Ali Baş Komandanı, Cənab prezident İlham Əliyev Hərbi Qənimətlər parkının açılışını etdi. Respublikamıza rəhbərlik etdiyi dövrdə cənab Prezident minlərlə obyektin, o cümlədən, bir-birindən gözəl yüzlərlə parkın açılışını edib. Lakin dünənki tədbir mahiyyətinə və tarixi əhəmiyyətinə görə tamami ilə fərqli bir mərasim idi. Bu açılış qələbəmizin, zəfərimizin, haqqın təntənəsinin fərqli bir formatda növbəti təqdimatı idi. Bu təqdimat təkcə ərazi bütövlüyümüzün təmin edilməsi deyil, həm də tarixi ədalətin bərpasının təqdimatı idi.
Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili Musa Quliyev bildirib.
O qeyd edib ki, həm parkın açılışında, həm də qəhrəman hərbçilərimizlə görüşdə cənab Prezidentin çıxışında söylədiyi fikirlərin dərindən öyrənilməsi və təhlil edilməsi doğru nəticə çıxarmaq üçün hər birimizə faydalıdır: "Cənab Prezident tarixi qələbəmizi şərtləndirən amillərdən danaşarkən digər faktorlala yanaşı 3 səbəbi xüsusi vurğuladı: güclü iqtisadiyyat, müasir yanaşma və Vətən sevgisi.Cənab Prezident qələbəmizin sevincini yaşayan bizlərə zamanında torpaqlarımızın itirilməsi səbəblərini də xatırlatmaqla, qələbəmizdən yasa batan xainlərə və satqınlara daha bir ibrət dərsi vermiş oldu.Qəlıbəmizi həzm edə bilməyən düşmən qüvvələr, zəfər yürüşümüzü ləngitməyə çalışan iki üzlü beynəlxalq təşkilatlar, eləcə də 5- ci kalonun sosial şəbəkə cəngəlliyində eşələnən tör- töküntüləri bilməlidir ki, Azərbaycan xalqının Dəmir yumruğu hər zaman onların xain başını əzməyə qadirdir. Bizim milli birliyimizi heç kəs poza bilməz.Hərbi Qənimətlər parkının ibrət dərslərindən biri də budur ki, işğalçının gec- tez aqibəti bu cür olmalıdır".
Deputat vurğulayıb ki, güclü lideri olan xalqın iradəsini əzmək, ona qalib gəlmək mümkün deyil: "Azərbaycan xalqı xoşbəxt xalqdır ki, cənab İlham Əliyev kimi güclü, iradəli, müdrik Vətənini və millətini sevən xarizmatik bir lideri var.İlham Əliyev də xoşbəxt dövlət başçısıdır ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilmişdir. Vətəninin hər bölgəsində dizini yerə doyub öpdüyü üç rəngli bayrağı Vətən səmasının ucalığında dalğalandırmaq onun qüdrətli əllərinə nəsib olmuşdur.Cənab İlham Əliyevin dünənki çıxışında "Vətən sevgisi" ifadəsini eşidəndə 90- cı illərin əvvəllərində Naxçıvanda Ümummilli Liderlə görüşündən sonra Nikolay Baybakovun dediyi sözləri xatırladım: Mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci adamı tanımıram.Həmin adamı artıq bütün dünya tanıyır. Bu Heydər Əliyev yolunu Şuşa Ucalığına qədər yüksəldən, Zəngəzur dəhlizinə qədər aparan, türk dünyasının bütövlüyünü bərpa edən Müzəffər Ali baş Komandan cənab İlham Əliyevdir".
Alpər TURAN
banner

Oxşar Xəbərlər