• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

Ər arvadını itə görə döydü, o da özünü kanala atdı

08.11.13 14:36 1300
Ər arvadını itə görə döydü, o da özünü kanala atdı
Dünən Saatlı rayonunda özünü öldürmək məqsədilə kanala atılan gənc qadın polisə atdığı addıma onu vadar edən səbəbi danışıb.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Qotubəyli kəndində yaşayan 32 yaşlı Baxtilə Abbasova iki azyaşlı uşaq anasıdır. Bir müddət əvvəl əri tərəfindən mütəmadi döyülürmüş. Sonradan əri onu döyməyə ara verib. Dünən həyətlərindəki it açılaraq küçəyə çıxıb, hətta qonşunu dişləyib.
Qonşular itin açıq olmasını Baxtilənin ərinə deyiblər. Əri də buna görə Bəxtiləni döyüb və aparıb anasının evinə qoyub. Dünən Baxtilə evinə qayıtmaq adı ilə anasıgildən çıxıb və özünü Mil-Muğan kollektorundan ayrılan Sabir kanalına atıb.
Qonşular onu sudan çıxarsalar da, hamı onun ölməməsinə möcüzə kimi baxır. Baxtilənin özünü kanala atdığı yer kanalın kollektordan ayrılan hissəsidir. Suya atılan qadın kanala gələn 150 metr uzunluğu olan borunun içərisidən keçib və sağ qalıb. Hazırda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər