• cümə axşamı, 28 mart, 14:00
  • Baku Bakı 16°C

Ənvər İbrahim Malayziya parlamentinə üzv seçilib

14.10.18 18:11 453
Ənvər İbrahim Malayziya parlamentinə üzv seçilib
Malayziyada Ənvər İbrahim əlavə parlament seçkilərində böyük üstünlüklə qalib gələrək, ölkənin siyasi arenasının ilk cərgələrinə qayıdıb.
AZƏRTACxəbər verir ki, oktyabrın 13-də keçirilən əlavə seçkilərdə hakim koalisiyaya daxil olan Xalq Ədaləti Partiyasının lideri sayılan Ənvər İbrahim Port Dikson şəhərində böyük səs üstünlüyü ilə parlamentin mandatını qazanıb.
Xatırladaq ki, Baş nazir Mahathir Məhəmməd əvvəllər Baş nazirin müavini olmuş Ənvər İbrahimi özünün xələfi hesab edir.
Ənvər İbrahim jurnalistlərə bildirib ki, o, seçkilərdə gözlədiyindən də çox səs toplayıb və buna görə seçicilərə minnətdardır.
Ənvər İbrahim, həmçinin qeyd edib ki, o, gələcəyə böyük ümidlə baxır və hakim koalisiyanın üzvü kimi, yaxın zamanlarda onun məqsədi parlament islahatlarını həyata keçirməkdir.
banner

Oxşar Xəbərlər