• cümə axşamı, 25 aprel, 04:25
  • Baku Bakı 19°C

Çengiz “Siti”dən təklif alıb, amma...

03.04.18 11:45 860
Çengiz “Siti”dən təklif alıb, amma...
"Roma”nın türk legioneri Cengiz Ünder "Mançester Siti”dən təklif alıb.
Kaspi.az xəbər verir ki, Cengiz "şəhərlilər”dən hələ "Roma”ya gəlməzdən əvvəl təklif alıb. Ancaq futbolçu bu təklifdən imtina edib. Onun "Roma”nın layihəsi daha çox cəlb edib:
"Mən "Siti”dən təklif almışdım, amma imtina etdim. "Roma”nın layihəsi və klubun münasibəti mənim üçün daha vacib idi.
Salahın satışından sonra komanda mənim xarakterimə daha çox uyğun gəlirdi. Klubun idman direktoru Monçinin dediyi kimi, mən gələcəkdə komandanın vacib hissəsi ola bilərdim”.
Cengiz Ünder "Roma”ya 2017-ci ildə "İstanbul Başakşəhər”dən transfer olunub.
banner

Oxşar Xəbərlər