• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

Enerji təhlükəsizliyinə gedən yol neft və təbii qazı təcrid etməkdən keçmir

27.06.18 13:45 427
Enerji təhlükəsizliyinə gedən yol neft və təbii qazı təcrid etməkdən keçmir
Enerji təhlükəsizliyinə gedən yol neft və təbii qazı təcrid etməkdən keçmir.
AZƏRTACxəbər verir ki, bu barədə Vaşinqtonda keçirilən 27-ci Dünya Qaz Konfransında ABŞ-ın enerji naziri Rick Perry deyib.
ABŞ rəhbərliyinin enerji siyasətini müdafiə edən nazır bildirib: "Enerji təhlükəsizliyinin cavabı, neft, təbii qaz və kömürü enerji kombinasiyasından çıxarmaq deyil. Cavab, milli təhlükəsizlik, ekoloji tərəqqi və insanlıq üçün neft və təbii qazın enerji kombinasiyasına əlavə olunmasıdır. Ənənəvi enerji mənbələrinin daha təmiz hala gəlməsi və təbii qazın bazardakı payının artmasına baxmayaraq bu enerji növlərinə müxalif fikirlər davam edir. Müxaliflər enerji təhlükəsizliyini təmin edəcək bütün strategiyalara qarşı çıxırlar”.
O, enerji təhlükəsizliyinə gedən yolun neft və təbii qazı təcrid etməkdən keçmədiyini qeyd edib ki, mediada edilən fərziyyələrə baxmayaraq D.Tramp administrasiyası heç bir enerji mənbəyinə ayrı-seçkilik etmir.
banner

Oxşar Xəbərlər