Enerji fakturasını daha yaxşı idarə etmək üçün tövsiyələr
Milli
Elektrik Şəbəkəsinin məlumatına görə, bu həftə həddindən artıq istilik və
rütubətin gətirib çıxardığı yüksək enerji tələbi səbəbiylə, Nyu-Yorkda yaşayan
istehlakçılardan həftənin qalan hissəsində normadan artıq elektrik istehlakının
azaldılması istənilib. Milli
Elektrik Şəbəkəsi bazar ertəsi günün ikinci yarısı sözügedın ərazidə elektrik
enerjisi təchizatının kifayət qədər olduğunu bildirib, lakin yüksək tələbatın
və istiliyin regional şəbəkələrdə çətinlik yarada biləcəyini açıqlayıb. Kommunal xidmət rəsmisinin verdiyi məlumata görə,
bazar ertəsi şimali Nyu-York 7,039 meqavat enerji istifadəsi ilə bu ilin ən
yüksək həddinə çatıb ki, bu da müşahidə etdiyimiz istilik səviyyəsi üçün
standart hesab olunur. 7,380 meqavatlıq rekord hədd 17 iyul 2013-cu ildə qeydə
alınıb. Milli Elektrik Şəbəkəsi kommunal avadanlıqlardan
istifadəyə tələbatın azaldılmasına və sistemin etibarlılığını təmin etməyə
köməklik göstərmək üçün bir neçə sadə istehlakçı davranışlarını tövsiyə edir. Bu
tədbirlər enerji istehlakında böyük əhəmiyyət kəsb edə bilər və bu, enerji
fakturanızı daha yaxşı idarə etməyinizə kömək edə bilər.
1) Günəşin evinizi çox isti
etməsinin qarşısını almaq üçün jalüzləri, kölgəlikləri və qalın pərdələri
çəkin.
2) Kondisioner
parametrlərini bir az artırın, filtrləri dəyişdirin, sərinkeşlərdən istifadə
edin - Kondisionerinizin temperaturu nə qədər aşağı olsa, xərci də bir o qədər
çox olar. Məsələn, 75 dərəcəlik bir
tənzimləmə 78 dərəcəlik tənzimləmədən təxminən 18 faiz çoxdur. Rahatlığın imkan
verdiyi qədər termostatı yüksək dərəcəyə qoyun. Bundan əlavə, havalandırma
qurğusunu yoxlayın və zəruri hallarda onu əvəz edin və ya ehtiyac yaranarsa
təmizləyin. Kondisioner əvəzinə sərinkeşlərdən istifadə edilməsi də enerji
istifadəsini azaldır.
3) Proqramlaşdırıla bilən
termostatı nəzərdən keçirin - Otaqlar boş olduqda soyutma temperaturlarını
tənzimləyərək illik 180 dollara qədər qənaət edə bilərsiniz.
4)
Lazım olmadıqda işıqları söndürün.
5) Qabyuyan və paltaryuyan
maşınlar kimi isti sudan istifadə edən avadanlıqların istifadəsini gecikdirin.
6) Elektron əşyaları
şəbəkədən ayırın - Televizor və kompüterlər kimi elektron əşyalarınız
söndürülsə də, hələ də elektriki özünə çəkə bilər. Hər hansı bir lazımsız elektron əşya və yükləmədən
çıxarın. Əyləncə sistemlərinizdə qabaqcıl uzadıcılardan istifadə fantom enerji
yükündən istifadəni azaldır hər il 60 dollara qədər qənaət etməyinizə kömək
edir.
7) Hovuz nasosunu söndürün
- Hovuz nasosları evdəki enerjinin ən böyük istehlakçılarından biridir –
havalandırma sistemindən sonra ikincidir.