“Endokrinoloji xəstəliklərin profilaktikası”adlı tədbir keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları
kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "Endokrinoloji
xəstəliklərin profilaktikası” adlı tədbir keçirilib. Tədbirdə Endokrin Mərkəzinin
əməkdaşları Dilşad Aslanova və Xəyalə Qarayeva, həmçinin universitetin müəllim
və tələbələri iştirak edib.
Öncə
S.Musayeva endokrin sistemini təşkil edən orqanlar
haqqında iştirakçılara ətraflı məlumat verərək bu orqanların düzgün şəkildə fəaliyyət
göstərməsinin əhəmiyyətindən danışıb. O, daxili sekresiya vəzlərinin
funksiyasının pozulması nəticəsində yaranan endokrin xəstəliklərin törətdiyi fəsadlar
barədə söz açıb.
Endokrin
vəzlərin insanın sağlam həyat tərzi sürməsində böyük rol oynadığını vurğulayan
həkim-endokrinoloq D.Aslanova şəkərli diabet xəstəliyinin yaranma fəsadları,
müalicə metodları haqqında danışıb. O, çıxışında endokrin vəzlərin fəaliyyətinin
pozulması nəticəsində yaranan şəkərli diabet xəstəliyinin müalicə üsulları,
profilaktik tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Daha
sonra qalxanabənzər vəzin funksiyalarından bəhs edən həkim-endokrinoloq X.Qarayeva
insanların düzgün qidalanmasının, fiziki faəliyyətlə məşğul olmasının, spirtli
içkilər və tütün məhsullarından imtina etməsinin endokrin xəstəliklərin müalicə
olunmasında əhəmiyyətli faktor olduğunu deyib. O, respublikamızın müxtəlif bölgələrində
adıçəkilən xəstəliklərin yayılma hallarından danışıb və onların vaxtında müəyyən
olunması ilə müalicəyə daha tez tabe olduğunu sözlərinə əlavə edib.
Tədbir
iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.