• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

“Ən yaxşı yazar kimdir?” sualının cavabları

26.02.18 16:20 1276
“Ən yaxşı yazar kimdir?” sualının cavabları
Bu suala cavab verəndə dünya klassiklərindən üzü bu tərəfə sadalamaq olar. Amma yaxşı yazarı çərçivələyən və ya əks etdirən bir tərif varmı? Bu suala hər yazarın öz cavabı olur. Burada isə təbii ki, yazarın öz prinsipləri ön plana çıxır. Bu dəfə sizə minilliyin sonsuz müzakirə olunan mövzuları bəndlər şəklində toplayan "medium.com”-da yer alan bir məqaləni təqdim edirik. Dünyanın ən uğurlu yazarlarından ən yaxşı yazarın tərifi.
· Dostoyevski – Ən yaxşı yazar özünü təkmilləşdirəndir.
· JK Roulinq – Ən yaxşı yazar ən yaxşı kitabları oxuyandır.
· Maykl Kriçton – Ən yaxşı yazar real həyat təcrübəsindən keçəndir.
· Stefen Kinq – Ən yaxşı yazar hər gün, nəfəs aldığı hər gün yazandır.
· Robert Frost – Ən yaxşı yazar ən sirli duyğularını belə gizlətməyəndir.
· Madelin Lenqle – Ən yaxşı yazar cəmiyyətin və mədəniyyətin nifrət etdiyini yazandır.
· Kameli Pagliya – Ən yaxşı yazar yaradıcı işi nəzəri biliklərinə uyğunlaşdırmayandır.
banner

Oxşar Xəbərlər