• cümə axşamı, 25 aprel, 07:30
  • Baku Bakı 14°C

Ən yaxşı Ronaldodur, amma Kriştiano yox

25.09.18 12:30 596
Ən yaxşı Ronaldodur, amma Kriştiano yox
"Real”ın və Braziliya yığmasının sabiq oyunçusu Kaka karyerası ərzində rastlaşdığı ən yaxşı futbolçunun kim olduğunu açıqlayıb.
Kaspi.az xəbər verir ki, Kaka həmyerlisi Ronaldonu fərqləndirib. O, kiminlə bir komandada çıxış etmək istədiyini də bildirib:
"Birgə oynadığım ən yaxşı futbolçu Ronaldodur. Mən futbolçunu düşünmə və fikirlərini həyata keçirmə qabiliyyətinə görə qiymətləndirirəm.
Kriştiano Ronaldo ilə Ronaldinyo möhtəşəm futbolçulardı. Ancaq Ronaldo elə şeylər edirdi ki, fikirləşməli olurdum: axı, o, bunu necə düşünür və sonra da necə həyata keçirir?
İndiyə qədər yolum kəsişməyən futbolçulardan Zinəddin Zidanla bir komandada oynamaq istərdim”.
banner

Oxşar Xəbərlər