• cümə axşamı, 28 mart, 12:53
  • Baku Bakı 16°C

Ən yaxşı heç vaxt “Real”dan “Yuventus”a keçməz?

11.04.19 13:30 577
Ən yaxşı heç vaxt “Real”dan “Yuventus”a keçməz?
Rusiyanın ÇSKA klubunun prezidenti Yevgeni Qiner "Yuventus”u və Kriştiano Ronaldonu aşağılayacaq ifadələr işlədib.
Kaspi.az xəbər verir ki, Qiner "Real” və "Yuventus” müqayisə edib. O, Ronaldonun da dünyanın ən yaxşı futbolçusu olmadığını vurğulayıb:
"Ronaldo dünyanın ən yaxşısı deyil. Ən yaxşı heç vaxt "Real”dan "Yuventus”a keçməz. İnciməyin, bir adam "Mersedes”dən düşüb "Lada”ya minirsə, "mən dünyanın ən yaxşısıyam” deyə bilməz.
"Yuve” hansısa oyunda "Real”a qalib gələ bilər. Amma ən yaxşı ola bilməz. Əgər "Real”ın neçə dəfə ÇL-in qalibi olduğuna baxsanız, onda bilərsiniz ki, "Yuventus”a bu səviyyəyə çatmaq üçün azı 200 il lazımdır”.
banner

Oxşar Xəbərlər