• cümə, 19 Aprel, 05:59
  • Baku Bakı 18°C

"Ən yaxşı film" nominasiyasında "Oskar"a "Yaşıl kitab" layiq görüldü

25.02.19 11:21 612
"Ən yaxşı film" nominasiyasında "Oskar"a "Yaşıl kitab" layiq görüldü
"Yaşıl kitab" (Green Book) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.
Trend-in məlumatına görə, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilir.
Rejissoru Piter Farrelli olan filmdə caz pianoçusu Don Şirlinin, onun sürücüsü və mühafizəçisinin 1962-ci ildə ABŞ-da səyahətinin real tarixi haqqında bəhs edilir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin qeyd olunduğu "Yaşıl kitab" adlı kitabçadan istifadə edir.
banner

Oxşar Xəbərlər