• cümə, 29 Mart, 12:00
  • Baku Bakı 14°C

Ən ucaboy adamın arvadı Suriyada qalıb

25.06.14 11:43 948
Ən ucaboy adamın arvadı Suriyada qalıb
Türkiyənin Mardin vilayətində yaşayan Sultan Köşen ötən il Suriya vətəndaşı Merve ilə evlənmişdi.
İki həftə əvvəl Merve Köşen vəfat etmiş əmisinin dəfninə qatılmaq üçün Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığındakı Kamışlı kəndinə getmişdi.
Milli.Az AHT-yə istinadən bildirir ki, Merve Köşen Suriyaya getmək fikrində olduğunu müvafiq dövlət qurumlarına bildirməli, viza almalıydı. Lakin o, Suriyaya vizasız yollanıb.
Kamışlı kəndinin qarşısındakı Nusaybin sərhəd-buraxılış məntəqəsi bağlı olduğundan Merve Köşen Türkiyəyə qayıda bilmir.
Sultan Köşen dünən Mardin valisi Mustafa Taşkesenin qəbulunda olub.
O, arvadının üzləşdiyi durumdan bəhs edəndən sonra deyib: "Merve ilə telefonla danışıram, amma indiyədək qayıda bilməyib. Bizə yardım edin. O gələ bilməsə, mən gedəcəyəm. Mervesiz yaşaya bilmərəm".
Vali problemin həllinə çalışacağını deyib.
banner

Oxşar Xəbərlər