AZE | RUS | ENG |

“Ən qısa hekayə” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Ən qısa hekayə” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Kulis.az ədəbiyyat portalının elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adları açıqlanıb


APA-nın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud, Lent.az informasiya portalının baş direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib.

V.Mahirqızı bildirib ki, müsabiqə uğurla başa çatdırılıb və istedadı olan gənclər öz potensialını bu müsabiqə vasitəsilə reallaşdırıblar: “Bu müsabiqədən sonra Kulis.az internet dərgisinin istifadəçi sayı iki dəfə artdı ki, bu da müsabiqənin oxucular arasında böyük marağa səbəb olduğunu göstərir. Gələcəkdə Kulis.az yeni layihələrlə oxucuların görüşünə gələcək”.

Müsabiqədə I yerin qalibi “Veteran” hekayəsi ilə Vüsalə Məmmədova (39 səs), II yerin qalibi “Ata” hekayəsi ilə Cavid Zeynallı (31 səs), III yerin qalibi isə “Atdılar” hekayəsi ilə Rüfət Əhmədzadə (28 səs) olub.

Tədbirdə “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi Mehman Telmanoğlu (3114 “like”) və hekayəsi müsabiqədən kənar çap olunan yazıçı Afaq Məsud Kulis.az-ın xüsusi mükafatı ilə təltif olunub.

Kulis.az müsabiqədə iştirak edən yazıçı Şərif Ağayara da xüsusi mükafat təqdim edib.

Qeyd edək ki, Kulis.Az dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər. I yerin qalibinə 300, II yerin qalibinə 200, III yerin qalibinə isə 100 manat məbləğində mükafat təqdim olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202