• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

Ən çox yağıntı hansı rayonlara düşüb?

19.09.14 12:53 1000
Ən çox yağıntı hansı rayonlara düşüb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Astarada 51 mm (aylıq normanın 27 faizi), Göygöldə 36 (aylıq normanın 94 faizi), Qəbələdə 23 (aylıq normanın 29 faizi), Kişçayda (Şəki) 22 (aylıq normanın 32 faizi), Tərtərdə 20 (aylıq normanın 80 faizi), Yardımlıda 18 (aylıq normanın 23 faizi) yağıntı qeydə alınıb.
Sentyabrın 18-də gecə Nabranda (Xaçmaz rayonu) 9 saat ərzində 38 mm yağıntı düşüb, bu da aylıq normanın 116 faizini təşkil edir.
Digər rayonlarda isə Lənkəran-Astara 4-14, Böyük Qafqazda 4-13, Mərkəzi Aran rayonlarında 1-7, Qazax-Gəncə zonasında 3-10, Naxçıvan MR-da 0.4-1 mm olub.
Sentyabrın 17-si Bakı şəhərinin bəzi ərazilərində az miqdarda yağmurlu hava şəraiti müşahidə olunub. Sentyabrın 18-i səhər isə yağış qeydə alınıb.
Böyük Qafqazın, Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunub.
banner

Oxşar Xəbərlər