• şənbə, 20 Aprel, 18:35
  • Baku Bakı 24°C

Ən çox və ən az vakant müəllim yerləri bu ərazilərdədir

31.05.20 12:36 487
Ən çox və ən az vakant müəllim yerləri bu ərazilərdədir
Azərbaycanda ümumtəhsil müəssisələrində ən çox və ən az vakant müəllim yerlərinin olduğu rayon və şəhərlərin adları müəyyənləşib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıdan (694 vakant yer) sonra ölkə üzrə ən çox vakant müəllim yeri Ağdamdadır. Bu sırada daha sonrakı yerlərdə Lerik, Yardımlı, Quba, Cəlilabad dayanır.
Hazırda Ağdamda 350, Lerikdə 331, Yardımlıda 319, Qubada 302, Cəlilabadda 277 vakant müəllim yeri var.
Bundan başqa, Masallıda 267, Xaçmazda 262, İmişlidə 198, Astarada 179, Lənkəranda 162, Beyləqanda 158, İmişlidə isə 157 vakant müəllim yeri mövcuddur.
Azərbaycanda ən az vakant müəllim yerlərinin olduğu 5 rayon və şəhər Samux (18 yer), Göygöl (15 yer), Xocalı (11 yer), Naftalan (9 yer) , Zaqataladır (6 yer).
banner

Oxşar Xəbərlər