• cümə, 19 Aprel, 09:36
  • Baku Bakı 13°C

Ən çox qar Naxçıvana yağıb

09.01.15 10:43 1134
Ən çox qar Naxçıvana yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yanvarın 8-si gündüzdən 9-u səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb.
ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, yanvarın 8-i gündüz və 9-u səhər ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Qar örtüyünün hündürülüyü Bakıda və Abşeron yarımadasında 12 sm, Böyük Qafqazda 40 sm, Kiçik Qafqazda 9 sm, Lənkəran-Astara zonasında 26 sm, Mərkəzi Aran rayonlarında 8 sm, Naxçıvan Muxtar Respublikasında isə 38 sm olub.
banner

Oxşar Xəbərlər