• cümə axşamı, 25 aprel, 18:18
  • Baku Bakı 21°C

Ən böyük periodik ucuzlaşma qeydə alınıb

19.12.18 15:30 524
Ən böyük periodik ucuzlaşma qeydə alınıb
Neftin qiymətində 2016-cı ildən bu vaxtadək ən böyük periodik ucuzlaşma qeydə alınıb.
AZƏRTACxəbər verir ki, "Brent” markalı xam neftin bir barrelinin qiyməti dünən 6 faiz ucuzlaşaraq 55,91 dollara düşüb. Üç gün davam edən böhrandan sonra neftin qiyməti artan tədarüklə bağlı treyderlərin narahatlıqlarının təsiri ilə özünə gəlməkdə çətinlik çəkir.
Xam neftin qiyməti oktyabrın əvvəlində son 4 ilin maksimumuna yüksəlib və həmin tarixdən ötən müddətdə təxminən 40 faiz ucuzlaşıb. Bu, "qara qızıl”ın qiymətində 2014-cü ilin dekabrından indiyədək ən pis rüblük göstəricidir.
Ekspertlərin fikrincə, ötən gün ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ölkədə şist nefti istehsalının rekord səviyyəyə yüksəldiyini və gələn il də hasilatın yeni rekord təşkil edəcəyini açıqlaması, eləcə də Rusiyada artan istehsal və OPEC+ ölkələrinin hasilatın azaldılması üzrə öhdəliyə sadiqliyinə dair narahatlıqlar "qara qızıl”ın qiymətinin ucuzlaşmasına təsir edən əsas amillərdir. Bundan başqa, Liviyanın Milli Neft Korporasiyası silahlı qruplaşmaların nəzarətindəki böyük neft yatağı "Şerare”də hasilatın dayandığını açıqlayıb. Murzuk bölgəsindəki "Şerare” yatağından gündəlik təqribən 340 min barrel neft çıxarılırdı.
Hazırda "Brent”in bir barreli Londonun ICE birjasında 56,62 dollara, "Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 46,31 dollara satılır.
banner

Oxşar Xəbərlər