• cümə, 19 Aprel, 15:15
  • Baku Bakı 25°C

Əmrə üçün mövsüm başa çatdı

10.04.18 14:10 949
Əmrə üçün mövsüm başa çatdı
"Liverpul”un yarımmüdafiəçisi Əmrə Can bu mövsüm bir daha meydana çıxa bilməyəcək.
Kaspi.az xəbər verir ki, Əmrə Premyer Liqanın 31-ci turunda "Uotford”la keçirilən oyunda zədələnmişdi. O, belindən zədə almışdı.
Yarımmüdafiəçinin zədəsi gözlənildiyindən ciddi olub. Əmrə bu mövsüm bir daha "Liverpul”a kömək edə bilməyəcək. Məlumatı komandanın baş məşqçisi Yurgen Klopp da təsdiqləyib.
Əmrənin "Liverpul”la qüvvədə olan müqaviləsi bu ilin yayında başa çatır. Onun "Yuventus”a keçəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər