AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Emre Bəlözoğlu futbolçu karyerasını başa vurub

Emre Bəlözoğlu futbolçu karyerasını başa vurub

İdman
16 Avqust 2020, 13:15 535
Türkiyə millisinin və "Fənərbaxça” klubunun futbolçusu Emre Bəlözoğlu karyerasını başa vurduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu haqda İstanbul təmsilçi öz rəsmi saytında bildirib.
Otuz yaşlı Emre ötən mövsüm 26 oyunda meydana çıxıb və üç qolla yadda qalıb.
Futbolçu, həmçinin "Nyukasl Yunayted”, "Atletiko Madrid”, "Başakşəhər”, "Qalatasaray” və "İnter” klublarında çıxış edib. 2002-ci ildə Türkiyə millisinin heyətində bürünc mükafatçısı olub.