• çərşənbə axşamı, 23 aprel, 21:09
  • Baku Bakı 20°C

“Çempionluğu meydanda yox, oteldə itirmək ağırdır”

14.05.18 12:20 663
“Çempionluğu meydanda yox, oteldə itirmək ağırdır”
"Napoli”nin baş məşqçisi Mauritsio Sarri "Sampdoriya” ilə oyundan (2:0) sonra mövsümün yekunları ilə bağlı fikirlərini bldirib.
Kaspi.az xəbər verir ki, "Napoli” A seriyasının yekunlaşmasına bir tur qalmış çempion olmaq şansını itirib. Sarri isə bildirib ki, onlar çempionluğu meydanda yox, oteldə itiriblər:
"Yuventus” bir neçə aspektdə bizdən üstün idi. Ancaq bir şeyə təəssüf edirəm. Biz çempionluğu meydanda yox, oteldə itirdik. "Fiorentina” ilə oyundan əvvəlki gecə daha erkən vaxtda yatmalı idik.
"Napoli”nin azarkeşlərinə və şəhərə heyranam. Bu, həmişə belə olacaq. Cümə axşamı bizdə bütün klub şam yeməyinə yığışacaq. Həmin vaxt klub prezidenti ilə gələcəyimlə bağlı mütləq söhbət edəcəyəm”.
banner

Oxşar Xəbərlər