• cümə, 29 Mart, 01:30
  • Baku Bakı 7°C

Çempionluğu bayram edən 9 fanat həbs edildi

24.07.20 13:15 1071
Çempionluğu bayram edən 9 fanat həbs edildi
"Liverpul” - "Çelsi” qarşılaşmasından sonra "Enfild” stadionunun ətrafında insident yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmadan sonra "Liverpul”a çempionluq kuboku verilib. Təxminən 3 minə yaxın fanat isə stadionun ətrafına toplaşıb.
Baxmayaraq ki, şəhər rəhbərliyi, klub rəsmiləri fanatlardan bir yerə toplaşmamağı xahiş etmişdilər. Nəticədə məsələyə polis qarışmalı olub. Kütləni dağıdarkən 9 "Liverpul” azarkeşi saxlanılıb.
Amma polis rəsmiləri bildiriblər ki, fanatların əksəriyyəti dağılışmaqla bağlı tələbi yerinə yetiriblər.
"Liverpul” son 30 ildə ilk dəfə çempion olub.
banner

Oxşar Xəbərlər