• cümə axşamı, 25 aprel, 08:43
  • Baku Bakı 14°C

Çempionluq kubokunu sındırdılar

29.05.19 10:23 543
Çempionluq kubokunu sındırdılar
Finlandiya yığması Slovakiyada keçirilən xokkey üzrə dünya çempionatının qalibi olub.
Kaspi.az xəbər verir ki, finlər çempionluq üçün verilən kuboku sındırıblar. Böyük ehtimalla, kubok elə Slovakiyada qələbə qeyd edilərkən sındırılıb.
Yığma komanda vətənə qayıdarkən kubokun alt hissəsinin tamamilə yararsız halda olduğu diqqət çəkib. Amma bütün hallarda, kubokun əvvəlki görkəminə qaytarılacağı bildirilir.
Artıq bunun üçün mütəxəssislər də cəlb olunub. Finlandiya dünya çempionatının finalında Kanadaya qalib gəlib – 3:1.
banner

Oxşar Xəbərlər