• çərşənbə axşamı, 19 mart, 07:28
  • Baku Bakı 8°C

Çempionlar Liqasının finalı Bakıda?

19.09.17 13:20 1104
Çempionlar Liqasının finalı Bakıda?
Çempionlar Liqasının 2018/2019-cu il mövsümünün final oyunu Bakıda keçirilə bilər.
Kaspi.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb. İspaniya mətbuatının yazdığına görə, final görüşü üçün Bakı Olimpiya stadionu daha şanslıdır.
Məsələ bundadır ki, Bakı Olimpiya stadionuna rəqib olan "Vanda Metropolitano” arenası UEFA-nın tələblərinə tam cavab vermir. Madriddəki stadionun 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.
Çempionlar Liqasının 2018-19 mövsümünün final oyunu 2019-cu il, iyunun 1-də keçiriləcək.
banner

Oxşar Xəbərlər