• cümə, 29 Mart, 16:10
  • Baku Bakı 14°C

Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər

04.06.20 11:30 672
Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər
2019-20-ci il UEFA Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər.
Trend-in məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar 1/8 final mərhələsində yarımçıq qalmş turnirin qalan hissəsini bir ölkədə mini-turnir kimi keçirmək məzərdə tutulur.
UEFA bununla əlaqədar olaraq bəzi ölkələrə müraciət ünvanlayıb. Almaniya, Rusiya və Portuqaliya bu turniri qəbul etməyə razılıq verib. Oyunların 8-29 avqustda keçirilməsi nəzərdə tutulur.
Çempionlar Liqasının formatı və tarixi barədə yekun qərar UEFA-nın iyunun 17-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq.
Xatırladaq ki, 2019-20-ci il UEFA Çempionlar Liqasının final matçı İstanbulda keçirilməli idi.
banner

Oxşar Xəbərlər