AZE | RUS | ENG |

Çempionlar Liqasının 2 oyunu türk hakimlərə tapşırıldı

Çempionlar Liqasının 2 oyunu türk hakimlərə tapşırıldı
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 matçından 2-si türkiyəli hakimlər briqadasına həvalə olunub. Lent.az-ın məlumatına görə, FİFA referilərindən Cüneyt Çakır İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” komandaları arasındakı görüşün baş hakimi təyin edilib. Bu oyun martın 5-də “Old Trafford” stadionunda baş tutacaq. Ertəsi gün isə İtaliyada “Yuventus”la Şotlandiya “Seltik”ini üz-üzə gətirəcək matçı Fırat Aydınus idarə edəcək. Qarşılaşma Turin şəhərindəki “Yuventus Stadium”da oynanılacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. İlk oyunlarda “Real Madrid” “Mançester Yunayted”lə heç-heçə edib – 1:1. “Seltik” isə evdə “Yuventus”a 0:3 hesabı ilə uduzub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311