• cümə, 19 Aprel, 04:38
  • Baku Bakı 18°C

Çempionlar Liqasından öncə stadionda qurban kəsildi

20.08.13 13:55 1154
Çempionlar Liqasından öncə stadionda qurban kəsildi
Qazaxıstanın “Şaxtyor” (Karaqanda) komandasının Şotlandiya “Seltik”i ilə avqustun 20-də keçirəcəyi Çempionlar Liqasının ilk “pley-off” matçı öncəsi qurban kəsilib. Lent.az-ın “İslam-Today”a istinadən verdiyi məlumata görə, bu ayin “Şaxtyor”un “Astana-Arena”dakı son məşqindən əvvəl yerli komanda futbolçularının təşəbbüsü ilə yerinə yetirilib.
Bu zaman məsciddən molla çağırmaq da yaddan çıxmayıb. Meydançada kəsilən qara qoyunun “Şaxtyor” üçün nə qədər düşərli olacağını Bakı vaxtı ilə saat 20:00-da başlanacaq ilk oyun müəyyənləşdirəcək. Cavab görüşü isə avqustun 28-də Qlazqoda olacaq.
Qeyd edək ki, “Şaxtyor” bu mövsüm Çempionlar Liqasında əvvəlcə Belarus BATE-sini, sonra isə “Neftçi”ni mübarizədən kənarlaşdırmış Albaniya “Skenderbeu”sunu üstələyib. “Seltik”lə “pley-off” matçlarının nəticəsindən asılı olmayaraq, Karaqanda komandası Qazaxıstanı ölkə tarixində ilk dəfə ən azı Avropa Liqasının qrup mərhələsində təmsil etmək hüququ qazanıb.
banner

Oxşar Xəbərlər