• şənbə, 20 Aprel, 18:59
  • Baku Bakı 24°C

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

15.02.17 09:40 818
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib
Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutub. Qrup mərhələsinə məğlub olmayan PSJ "Barselona" ilə qarşılaşıb. Doğma meydanda rəqibini darmadağın edən parislilər 4:0 hesablı tarixi qələbəyə imza atıblar. Di Mariyanın dubl etdiyi oyunda Draksler və Kavani hərəyə bir dəfə fərqləniblər.
Günün digər matçında "Benfika” ilə Dortmund "Borussiya”sı üz-üzə gəliblər. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazanıb. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. "Borussiya"da isə Obameyanq penaltidən yararlana bilməyib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
14 fevral
"Benfika” (Portuqaliya) – "Borussiya” (Dortmund, Almaniya) - 1:0
Qol:Mitroğlu, 48
Baş hakim: Nikola Ritsoli (İtaliya)
PSJ (Fransa) – "Barselona” (İspaniya) - 4:0
Qollar:Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71
Baş hakim: Şimon Marçinyak (Polşa)
banner

Oxşar Xəbərlər