AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

İdman
27 May 2020, 17:34 550
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub.
Report-un "Sky Sport" nəşrinə istinadən məlumatına görə, qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.
Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.