• cümə axşamı, 18 aprel, 20:54
  • Baku Bakı 21°C

Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

01.04.14 12:54 1302
Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək. Matçlardan biri İspaniya, digəri isə İngiltərə baş tutacaq.
La Liqada çempionluq yolunda bir-birinə rəqib olan “Barselona” ilə “Atletiko”nun yolu qitənin ən nüfuzlu klub turnirində də kəsişib. “Nou Kamp”da reallaşacaq matçda favorit meydan sahibləri sayılsa da, qonaqlar sürpriz etmək üçün əllərindən gələni edəcəklər.
İngiltərə Premyer Liqasında ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunyated”in rəqibi isə “Bavariya”dır. Turnirin sonuncu qalibi “Old Trafford”dan sərfəli nəticə ilə ayrılmağı hədəfləyib.
1/4 final mərhələsi
İlk oyunlar
23:45. “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya)
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)
Xatırladaq ki, 1/4 final mərhələsinin digər 2 oyunu sabah baş tutacaq.
banner

Oxşar Xəbərlər