• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

Çempionlar Liqası: Kataloniyada möcüzə, “Borussiya” dörddəbir finalda

09.03.17 09:00 830
Çempionlar Liqası: Kataloniyada möcüzə, “Borussiya” dörddəbir finalda
Martın 8-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü keçirilib.
AZƏRTACxəbər verir ki, turun mərkəzi matçı Kataloniyada "Barselona” ilə Fransanın "PSJ” komandaları arasında olub. İlk görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan Luis Enrikenin yetirmələri möcüzə yaratmağa nail olublar. Doğma meydanda rəqibinə 6:1 hesabı ilə qalib gələn kataloniyalılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Günün digər qarşılaşması isə Almaniyada keçirilib. Dortmundun "Borussiya” klubu səfərdə 0:1 hesabı ilə uduzduğu "Benfika”ya doğma meydanda böyük hesabla qalib gəlib. Rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradan almanlar növbəti mərhələyə yüksəliblər.
banner

Oxşar Xəbərlər