• cümə, 19 Aprel, 14:53
  • Baku Bakı 25°C

Çempionlar Liqası: “Azərreyl” Fransa çempionunu məğlub edib

09.02.17 21:17 1183
Çempionlar Liqası: “Azərreyl” Fransa çempionunu məğlub edib
Bu gün "Azərreyl” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, "dəmiryolçular” Bakıda Fransa çempionu "Sen-Rafael”i qəbul ediblər.

Qarşılaşmada aşkar favorit olan Famil Ağayevin yetirmələri rahat qələbə qazanıblar. Səfərdə 3:1 hesabı ilə qalib gələn Azərbaycan çempionunudoğma divarlar arasında rəqibinə şans verməyib.
Hazırda yaxşı formada olan "Azərreyl” hər üç setdə inamlı qələbə qazanaraq matçı quru hesablı qələbəbaşa vurub.

Çempionlar Liqası
C qrupu
III tur

9 fevral
"Azərreyl” (Azərbaycan) - "Sen-Rafael” (Fransa) - 3:0(25:20, 25:11, 25:11)
Hakimlər:Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)
Bakı. "Azərreyl” Voleybol Mərkəzi

Qeyd edək ki, "Azərreyl”lə "Sen-Rafael” oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.
banner

Oxşar Xəbərlər