• cümə, 29 Mart, 13:27
  • Baku Bakı 14°C

Çempion olduqları oyuna baxmadı, oğlu ilə qolf oynadı

16.04.18 10:50 748
Çempion olduqları oyuna baxmadı, oğlu ilə qolf oynadı
"Mançester Yunayted”in öz meydanında "Vest Bromviç”ə 0:1 hesabı ilə məğlub olmasından sonra "Mançester Siti” çempionluğu rəsmiləşdirdi.
Kaspi.az xəbər verir ki, "Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasını çempion edən oyuna baxmayıb. O, həmin vaxt oğlu ilə qolf oynayıb.
Pep bir gün əvvəl "Tottenhem”lə oyundan sonra keçirilən mətbuat konfransında MY-nin qalib gələcəyinə inandığını, özünün isə bu oyuna baxmayacağını bildirmişdi:
"Sabah oğlumla qolf oynayacağam. Həmin vaxt bilmək istədiyim şeylər boggi, ikiqat boggi və ya berdidi”.
banner

Oxşar Xəbərlər