• cümə, 19 Aprel, 02:58
  • Baku Bakı 18°C

Çempion heyətin qapıçısı geri döndü

19.12.16 11:17 1332
Çempion heyətin qapıçısı geri döndü
Növbəti mövsüm Premyer Liqada çıxış etməyi hədəfləyən "Şəmkir” yeni məşqçi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, Qərb təmsilçisi vaxtilə komandanın şərəfini qorumuş Rauf Mehdiyevlə razılığa gəlib.
Bu barədə klubun rəsmi feysbuk səhifəsi xəbər yayıb. Mehdiyev komandada qapıçılar üzrə məşqçi kimi çalışacaq. Sabiq qolkiperlə bu gün müqavilə bağlanıb.
Qeyd edək ki, Rauf Mehdiyev 1998-2004-cü illər aralığında "Şəmkir”in şərəfini qoruyub. Mehdiyev "qırmızı-ağlar”ın heyətində 2 dəfə ölkə çempionu olub.
banner

Oxşar Xəbərlər