• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

“Çempion “Barsa” olacaq, “Real”a heç nə çatmayacaq”

26.04.17 15:45 996
“Çempion “Barsa” olacaq, “Real”a heç nə çatmayacaq”
"Barselona”nın "el klasiko”da "Real”a qalib gəlməsindən sonra İspaniyada çempionun hansı komanda olacağı ilə bağlı müzakirələr gedir.
Əksər şəxslər bu mübarizədə üstünlüyü "Barselona”ya verir. Kaspi.az xəbər verir ki, "Real”ın baş məşqçisi Zinəddin Zidan da məsələyə münasibət bildirib. O, fikirlərini ironiyalı şəkildə çatdırıb:
"Hər kəs öz fikrini bildirməkdə sərbəstdir. Biz isə "Deportivo” ilə qarşıdakı oyun barədə düşünürük. Müzakirələrdən belə məlum olur ki, "Barselona” çempion olacaq, "Real”a isə heç nə çatmayacaq.
Ancaq mən bilirəm ki, belə olmayacaq. Sadəcə, öz futbolçularımdan xahiş edəcəyəm ki, indiyə qədər necə etmişiksə, eləcə də davam edək. İrəliyə doğru hərəkət edəcəyik”.
"Real” "Deportivo” ilə bu gün - aprelin 26-da qarşılaşır.
banner

Oxşar Xəbərlər