AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib

Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib

Siyasət
14 Sentyabr 2020, 14:22 999
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

Dövlətimizin başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülən işlər və yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş "7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.