• cümə, 19 Aprel, 20:07
  • Baku Bakı 24°C

“Əminəm ki, Putin oğlumu ABŞ-a təhvil verməyəcək”

08.08.13 09:29 1261
“Əminəm ki, Putin oğlumu ABŞ-a təhvil verməyəcək”
Avqustun 1-də Rusiyadan müvəqqəti sığınacaq almış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edavrd Snoudenin atası Lon Snouden oğlunun Birləşmiş Ştatlara ekstradisiya edilməyəcəyinə əmin olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, L.Snouden Rusiya prezidenti Vladimir Putinin ABŞ administrasiyasının təzyiqləri qarşısında geri çəkilməyəcəyini inandığını söyləyib.
“Putin artıq sübut edib ki, bizim hökumətin təzyiqlərinə qarşı duruş gətirə bilir və əminəm ki, bunu davam etdirəcək” – deyə L.Snouden qeyd edib.
Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.
ABŞ prezidenti Barak Obama E.Snoudenə müvəqqəti sığınacaq verdiyi üçün Rusiya prezidenti V.Putinlə sentyabrda keçirilməsi nəzərdə tutulan görüşdən imtina edib.
banner

Oxşar Xəbərlər