• çərşənbə axşamı, 19 mart, 07:52
  • Baku Bakı 8°C

Emin Milli Fuad Qəhrəmanlının həbsini, Əli Kərimlinin istefasını tələb edir

23.09.19 13:37 489
Emin Milli Fuad Qəhrəmanlının həbsini, Əli Kərimlinin istefasını tələb edir
Meydan TV-nin sabiq rəhbəri, siyasi fəal Emin Milli AXCP sədrinin keçmiş Fuad Qəhrəmanlının həbs olunmasını istəyir.
APA-nın məlumatına görə, bu barədə Emin Milli özünün facebook səhifəsində yazıb.
Oqeyd edib ki, həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır: "
Biz kimlərlə və nə uğrunda mübarizə aparırıq? Strategiyamız nədir?
Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır.
"Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayyətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız?
Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?
Onlar Fuad Qəhrəmanlını bu gündə müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər.
Bunlarla birlikdə demokratiya quraq deyirsiz? Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da güllələnərsiz, asılarsız o rejimə qarşı çıxsaz.
Selcanı müdafiə etdiyim son statusa 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləridir, təhqirləridir, hədələridir", - deyəE. Milli yazıb.
banner

Oxşar Xəbərlər