• cümə, 19 Aprel, 23:06
  • Baku Bakı 24°C

Əmin edir ki, Qətər hazırdır

17.12.18 13:45 619
Əmin edir ki, Qətər hazırdır
"Barselona”nın sabiq futbolçusu Xavi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Xavi Qətərin, təşkilatçılığın öhdəsindən gələcəyinə əmin olduğunu bildirib. O, DÇ-2022-də hər hansı bir problemin olmayacağını vurğulayıb:
"Hesab edirəm ki, onlar turnirə əla hazırlaşırlar. Qətərin milli komandası ilə də hər şey qaydasındadır. Onlar inkişaf edirlər.
Feliks Sançes fantastik mütəxəssisdir. Bir sözlə, Qətər yığması mübarizəyə, ölkə isə turniri təşkil etməyə hazırdır.
Siz artıq Qətərdə fantastik stadionlar görə bilərsiniz. Hər kəs onların təşkilatçılığı necə həyata keçirdiklərindən təəccüblənib. Qətərdə futbol mədəniyyəti var”.
Xavi hazırda Qətərin "Əl-Səəd” klubunda çıxış edir. DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək.
banner

Oxşar Xəbərlər