AZE | RUS | ENG |

EMİN Bakıda solo-konsert proqramı ilə çıxış edəcək

EMİN Bakıda solo-konsert proqramı ilə çıxış edəcək
Azərbaycanlı müğənni və bəstəkar EMİN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Biletləri www.ticketbox.az kassalarından və hesab.az saytından əldə etmək olar.

Qeyd edək ki, ifaçı konsertlərini ənənəvi olaraq ilin sonunda keçirir. Belə ki, Bakıdakı konsertdən əlavə, onun dekabrın 11-də Moskvada "Crocus City Hall”da, dekabrın 15-də isə Sankt-Peterburqda "Oktyabrskiy” böyük konsert zalında konserti planlaşdırılıb.

Müğənni sosial şəbəkə səhifəsində məlumat verir ki, tamaşaçıları çoxlu yeniliklər gözləyir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000