• cümə, 26 Aprel, 09:18
  • Baku Bakı 12°C

Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb

15.07.19 15:00 16475
Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb
Azərbaycan əsilli iş adamı və müğənniEmin AğalarovRusiyanın məşhur "OK!" jurnalının və eyniadlı saytın sahibi olub.
"Report" xəbər verir ki, bu barədə TASS-a "Forbes Russia"nın Marketinq və ictimaiyyətlə əlaqələr direktoruDmitri Ozmanbildirib.
"OK!" jurnalının yeni sahibi iş adamı Emin Ağalarov olub. Müqavilə iyulun 12-də bağlanılıb və proses bir ay ərzində yekunlaşacaq. Məşhur jurnal, eləcə də eyniadlı sayt "Jara" mediaholdinqinin aktivinə keçir", - D.Ozman söyləyib.
"Forbes Russia"dan bildiriblər ki, dəyişikliklər yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək vəVadim Vernikbaş redaktor kimi qalacaq.
banner

Oxşar Xəbərlər