AZE | RUS | ENG |

Emil Qədirov Moskvada solo konsert proqramı ilə çıxış edəcək

Emil Qədirov Moskvada solo konsert proqramı ilə çıxış edəcək
Moskvada yaşayan həmvətənimiz, gənc vokalçı və gitaraçı Emil Qədirov martın 2-də şəhərin "Vegas City Hall” konsert zalında "Qəlbimin səsi” adı solo proqramla çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Emil Qədirovu Rusiyanın Əməkdar Artisti Andrey Kapralovun dirijorluğu ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi sərhəd orkestri müşayiət edəcək. Həmvətənimiz konsertin birinci hissəsində Müslüm Maqomayevin, Andrea Boçellinin repertuarından əsərlər ifa edəcək, opera ulduzları ilə duetlər oxuyacaq. İkinci hissədə E.Qədirov müəllif mahnılarını və "FlameBand” qrupunun müşayiəti ilə Latın Amerikası kompozisiyalarını səsləndirəcək.

E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın "Qolos” layihəsinin iştirakçısı olmuş E.Qədirov hazırda "Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6936
GBP 1 İngilis funt sterlinqi 2.2514
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6140
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9874
CHF 1 İsveçrə frankı 1.6979
USD 1 ABŞ dolları 1.7000