• cümə axşamı, 25 aprel, 13:07
  • Baku Bakı 23°C

Emeri Neymarın “Real”a keçidi barədə - Peresdən soruşun

17.03.18 12:30 657
Emeri Neymarın “Real”a keçidi barədə - Peresdən soruşun
PSJ-nin futbolçusu Neymarın "Real”a keçəcəyi barədə yayılan söz-söhbət səngimir.
Kaspi.az xəbər verir ki, İspaniya mətbuatında bu məsələ ilə bağlı müxtəlif versiyalar səslənir. PSJ-nin baş məşqçisi Unai Emeriyə də bu barədə sual verilib. Emeri suala bir qədər əsəbi cavab verib:
"Deyəsən axı, mən mətbuat konfranslarında 30 dəfə demişəm ki, PSJ ilə Neymarın müqaviləsi uzunmüddətli və möhkəmdi. Neymar "Real”a keçir? Mən heç nə bilmirəm. Bu barədə Florentino Peresdən soruşun”.
Neymar cari mövsümdə Fransa çempionatında 20 oyunda 20 qol vurub, 16 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər