• cümə, 19 Aprel, 15:55
  • Baku Bakı 25°C

Emeri hakimdən narazı qalıb

15.02.18 11:10 826
Emeri hakimdən narazı qalıb
PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real”la keçirilən ilk oyundan (1:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Emeri qarşılaşmanı idarə edən hakimlərdən narazı qalıb. O, hakimlərin "Real”ın lehinə səhvə yol verdiklərini iddia edib:
"Mənə dedilər ki, Ramos cərimə meydançasında əllə oynayıb. Ancaq hakim penalti təyin etməyib. Əlbəttə, bu, bəraət qazanmaq üçün bəhanə deyil.
Ancaq hesab 1:1 olarkən hakimin "Real”ın lehinə etdiyi səhv oyunun axarına təsir göstərdi. Ondan sonra da oyuna biz nəzarət edirdik, təhlükəli hücumlar qururduq.
Ancaq imkanlardan istifadə edə bilmədik. "Real” isə çox təhlükəli əks-hücumlar qurmağa qadirdir. Əgər biz daha diqqətli oynasaydıq və hakim balanslı qərarlar versəydi, bərabərliyi qoruya, hətta qələbə də qazana bilərdik.
"Real” bu cütdə favoritdir. Ancaq mərhələ adlamaq üçün şansımızın qaldığını da düşünürəm”.
banner

Oxşar Xəbərlər