• çərşənbə, 24 Aprel, 17:13
  • Baku Bakı 27°C

Əməliyyat-taktiki raket bölmələri təlimlərə cəlb edilib

12.03.19 11:22 374
Əməliyyat-taktiki raket bölmələri təlimlərə cəlb edilib
Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.
Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 15-dək davam edəcək.
banner

Oxşar Xəbərlər