• cümə, 19 Aprel, 06:34
  • Baku Bakı 13°C

“Əməkdaşlıq üçün yeni səhifə açılacaq”

16.03.18 15:20 499
“Əməkdaşlıq üçün yeni səhifə açılacaq”
"Bosniya və Herseqovina ilə Azərbaycan arasında tarixi əlaqələr var".
Bunu APA-ya açıqlamasında Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdciya deyib.
Z.Laqumdciya bildirib ki, iki ölkənin paytaxt şəhərləri arasında əməkdaşlıq əlaqələri mövcuddur: "Müharibən başlayandan həmişə Azərbaycanın müstəqilliyinin dəstəklənməsinə çalışmışıq, Azərbaycanın yanında olmuşuq. Çünki biz oxşar problemləri bölüşürük və digər ölkələrin bizi başa düşdüyündən də artıq bir-birimizi yaxşı anlayırıq. Aydın məsələdir ki,Dağlıq Qarabağmünaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Son dövrdə iki ölkə arasında iqtisadi, mədəni sahədə əlaqələrin inkişaf etdiyini vurğulayan sabiq baş nazir deyib ki, Azərbaycan investorlarının Bosniyaya gəlişi gözlənilir: "Prezidentİlham Əliyevölkəmizin dostudur və onun bu il ərzində Bosniyaya gözlənilən səfəri bir çox sahələrdə əməkdaşlıq üçün yeni səhifə açacaq".
banner

Oxşar Xəbərlər