• cümə axşamı, 25 aprel, 05:24
  • Baku Bakı 19°C

Əməkdar artistin vəziyyəti pisləşib

22.05.14 10:15 1279
Əməkdar artistin vəziyyəti pisləşib
Şou-biznes Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarovanın vəziyyəti pisləşib. ANS PRESS-in məlumatına görə, bu barədə saytımıza açıqlama verən sənətçi qanının kəskin olaraq aşağı düşdüyünü bildirib. Artıq bir neçə gündür vəziyyətinin pisləşdiyini deyən Xanım Qafarova hal-hazırda ona qan vurulduğunu və hərəkət edə bilmədiyini deyib:
“Qanım çox aşağıdır. Necə gündür ki, həkimlər mənə dayanmadan qan köçürür. Amma kimyaterapiya prosesindəki şüalar qanımı yeyir. Bu üzdən də vurulan qanın mənə bir xeyri yoxdur. Qan çətin tapıldığına görə, halım lap pisləşir. Özümdə hərəkət edə bilmirəm. Qoluma girməsələr bir addım belə ata bilmərəm”.
Bundan əlavə aktrisa bildirib ki, bir neçə gün sonra təcili olaraq Türkiyəyə müalicəyə yollanmalıdır, amma səhhəti buna imkan vermir.
Aktrisa açıqlamasında vurğulayıb ki, qana çox ehtiyacı var. Mayın əvvəllərində qan köçürülməyinə baxmayaraq kimyaterapiya nəticəsində qan səviyyəsi yenə də azalıb.
Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəlikdən əziyyət çəkir. Heydər Əliyev Fondunun maliyyə yardımı ilə 3 dəfə əməliyyat olunub və Türkiyədə bir-birinin ardınca müalicə kursu keçib.
banner

Oxşar Xəbərlər