• cümə, 19 Aprel, 01:30
  • Baku Bakı 18°C

Əməkdar artistin narkotik qalmaqalı: “Bu Rəmişi yığışdırın“

31.01.14 13:22 1253
Əməkdar artistin narkotik qalmaqalı: “Bu Rəmişi yığışdırın“
O, narkotik vasitələrə meyillənməsinin tarixçəsi haqda danışaraq, buna Bakıya köçdükdən sonra qurşandığını deyib.
Rəmişin bu fikirləri isə bəzi bakılılar tərəfindən birmənalı qarşılanmayıb.
Milli.Az xəbər verir ki, aznews.az-la əlaqə saxlayan Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva gitara ifaçısının narkotik vasitələrdən istifadəni Bakıda öyrənməsi ilə bağlı səsləndirdiyi fikirə etirazını bildirib:
“Rəmiş efirdə deyir ki, “nəşə” çəkməyi Bakıya gələndən sonra “Kubinka” adı ilə tanınan qəsəbədə və Nardaranda öyrənib. Guya həmin qəsəbələrdəki toylarda bunun qarşısına qalaq-qalaq “nəşə” qoyulub. Bu cəfəng fikirdir və öz səviyyəsinə uyğun uydurmasıdır”.
O, Rəmişin bu fikirlərindən sonra xanəndə Arif Babayevin qardaşı ilə əlaqə saxladığını və onun vasitəsilə gitara ifaçısına ismarış göndərdiyini də deyib:
“Onlara dedim ki, bu Rəmişi yığışdırın. Əgər bacarmırsınızsa, özümüz Rəmişin cavabını verək. Rəmişin ələ saldığı Bakı kişiləri heç vaxt efirdə arvadlarını tərifləmirlər. Buradan Rəmişə deyirəm:
“Ağdamda Bakıdan da çox nəşə çəkiblər. Əgər o, bakılılardan nəsə götürürsə, onda torpağı qorumağı da bakılılardan öyrənsin. Bu adam mövzu tapa bilmir, bütün günü televiziya kanallarında arvadından danışır”.
M.Babayeva Rəmişə media vasitəsilə sual da ünvanlayıb:
“Rəmiş sən kimsən ki, müğənni Röyanı sənətkar hesab edirsən? Azərbaycan mədəniyyətində hansı adla tanınırsan?”
Onun sözlərinə görə, Rəmiş xalq artistlərini də təhqir edib:
“Rəmiş efirdə deyir ki, xalq artistlərinin 90 faizi narkomandır. Bu nə deməkdir? Xalq artislərinin 90 faizi deyəndə Rəmiş kimi, hansı sənətkarları nəzərdə tutur? Arif Babayevi, Nəzakət Teymurovanı, yoxsa Mənsum İbrahimovu? Mən uzun müddət mədəniyyət sahəsində çalışmışam. Rəmişi yalnız narkotik istifadəçisi kimi tanıdım. O, Azərbaycan mədəniyyətinə ləkədir”.
Xatırladaq ki, Rəmiş etiraza səbəb olan bu fikirlərini yanvarın 30-da “Space” TV-də yayımlanan “Günaydın” verilişinin qonağı olan zaman deyib.
banner

Oxşar Xəbərlər