• çərşənbə, 24 Aprel, 04:45
  • Baku Bakı 14°C

Əməkdar artist: “Yaraşmaz ki, deyim ərimi sevirəm”

22.09.14 16:17 1202
Əməkdar artist: “Yaraşmaz ki, deyim ərimi sevirəm”
“Yaşıma yaraşmaz ki, hər dəqiqə deyim ki, ərimi sevirəm”. Bu sözləri “10-lar” verilişində əməkdar artist Gülyanaq Məmmədova boşanması xəbərinə münasibət bildirərkən deyib: “Yoldaşım səhər bu şayiələri eşidib əsəbiləşib. Mən özüm ona dedim ki, sən mənim yanımdasan, mən də sənin yanındayam, ailəmiz xoşbəxtdir, bir-birimizi, uşaqlarımızı sevirik. Heç əsəbiləşməyə dəyməz. Sevgi hörmətlə, uşaqlarla bütöv ailə sevgisinə çevrilir. Sevgi niyə qalmamalıdır? Mən sevə-sevə ailə qurmuşam. Yaşıma yaraşmaz ki, hər dəqiqə deyim ki, Ziyanı sevirəm. Bunlar məni utandırır”.
banner

Oxşar Xəbərlər